İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Danimarka parlamenti ABŞ ilə münasibətlər üzrə təcili iclas keçirəcək

Donald Trampın Qrenlandiya ilə bağlı yeni açıqlamalarından sonra Danimarka və ABŞ arasındakı münasibətləri müzakirə etmək üçün bu gün Kopenhagendə parlamentin xarici işlər komitəsinin fövqəladə iclası keçiriləcək.

Gundelik.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sessiya Kristianborq Sarayında keçiriləcək və Danimarka Parlamentinin üzvləri iştirak edəcək. Hökuməti xarici işlər naziri və müdafiə naziri təmsil edəcək.

Gündəlikdə bir məsələ var: Danimarkanın ABŞ ilə münasibətləri.

Qeyd edək ki, komitə adətən müntəzəm fasilələrlə planlaşdırılmış iclaslar keçirir, lakin bu gün keçiriləcək iclas təcili çağırılıb.

Görüş ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyini təsdiqləməsindən sonra təyin edilib.