İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Pezeşkian: Hökumət iqtisadi böhranı həll etmək üçün pul emissiyasına getməyəcək

İran hökuməti ölkədəki iqtisadi problemləri bilir, lakin daha çox pul çap edərək inflyasiyanı artırmayacaq.

Gundelik.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, hökumət tərəfindən pul emissiyası həyata keçirilərsə, bu, əhalinin aşağı təbəqələrinə ciddi zərbə vura bilər.