İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Ağsuda bacı-qardaş dəm qazından zəhərləndi

Ağsuda bacı-qardaş dəm qazından zəhərlənib. 

Gundelik.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Kəndoba ərazisində baş verib.

Kənd sakinləri – 1996-cı il təvəllüdlü Məhəmməd Cabir oğlu Əliyev və 2002-ci il təvəllüdlü Aynur Cabir qızı Əliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən bacı və qardaşın vəziyyətlərinin orta ağır olduğu bildirilir.