Bolqarıstan 1 yanvar 2026-cı ildə lev valyutasından imtina edəcək və Avrozonaya qoşulan 21-ci ölkə olacaq.
Gundelik.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Beləliklə, Bolqarıstan avronu qəbul edən 21-ci ölkə olacaq.
Bolqarıstanın avronu qəbul etməsi bu valyutadan istifadə edən avropalıların sayını 350 milyona çatdıracaq.
Lakin bolqarlar arasında levdən imtina məsələsində yekdil fikir yoxdur. Bizneslər ümumiyyətlə qarşıdan gələn dəyişiklikləri dəstəkləyirlər.
