Rəmallah və işğal altındakı Qərb Sahilində Fələstin iqtisadiyyatı ciddi böhran içindədir. Bunun əsas səbəbləri İsrailin Qazaya davam edən hücumları, Qərb Sahilində hərəkət və ticarətə qoyulan sərt məhdudiyyətlər, həmçinin daxili və xarici maliyyə resurslarının azalmasıdır.
Fələstin hökuməti böhranı idarə etməkdə çətinlik çəkir. Rəsmi mənbələr və ekspertlər bildirir ki, iqtisadiyyat çox ağır vəziyyətdədir. Bu isə dövlət orqanlarının fəaliyyətinə, hətta əsas öhdəlikləri yerinə yetirməsinə ciddi təhlükə yaradır.
Fələstin Mərkəzi Statistika Bürosu (PCBS) və Fələstin Mərkəzi Bankının (PMA) birgə hesabatına görə, 2025-ci ildə iqtisadiyyat bütün il boyunca ciddi böhran içində olub.
Hesabata görə, Qəzzadakı ÜDM 2023-cü illə müqayisədə 84% azalıb, Qərb Sahilində isə 13% geriləyib. ÜDM hələ də müharibədən əvvəlki səviyyədən xeyli aşağıdır və iqtisadiyyatın hazırkı şəraitdə bərpa olunması çox çətindir.
Hesabatda bildirilir ki, Qəzzadakı iqtisadi fəaliyyət demək olar ki, tam dayanıb, Qərb Sahilində isə əksər sahələrdə fəaliyyət xeyli zəifləyib. Baxmayaraq ki, 2024-cü illə müqayisədə bir qədər yaxşılaşma var, ticarət həcmi 2023-cü illə müqayisədə azalıb. Qəzzada işsizlik isə 77%-i keçib.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
