İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xocavəndin bu ərazilərində yaşayış evlərinin təmirinə başlanır – 4,6 milyon manat ayrıldı

Xocavənd rayonunun Kiş kəndində və Xocavənd şəhərində yaşayış evlərinin təmirinə başlanılır.

Gundelik.az bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətindən məlumat əldə edib.

Kiş kəndində kvadratı 9 500 m² olan 50, Xocavənd şəhərində isə 3 800 m² olan 20 evin təmir olunması nəzərdə tutulub.

Belə ki, qurum təmir işlərini “Gross Construction” QSC və “Rəmzi” MMC-yə həvalə edib və onlarla müqavilə bağlayıb.

Müqavilələrin ümumi dəyəri 4,6 milyon manat olaraq müəyyən olunub.