Qızılın spot qiyməti tarixdə ilk dəfə olaraq unsiya üçün 4500 dolları keçərək daha bir rekord səviyyəyə çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Comex“ birjası məlumat yayıb.
Qeyd edilib ki, qızılın spot qiyməti 0,1% artaraq unsiya üçün 4490,56 dollara çatıb.
Məlumata görə, geosiyasi gərginliyin artması fonunda investorlar qızılı təhlükəsiz sığınacaq kimi almağa davam edirlər.
