İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Tramp Heqsetlə birlikdə bəyanatla çıxış edəcək

ABŞ Prezidenti Donald Tramp dekabrın 23-ü, Bakı vaxtı ilə saat 01:30-da Pentaqon rəhbəri Pit Heqset və Hərbi Dəniz Qüvvələri naziri Con Felanla birlikdə mövzusu açıqlanmayan bəyanatla çıxış edəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan prezidentin iş qrafikində məlumat verilib.

Sənəddə qeyd olunur ki, “Prezident hərbi nazir və HDQ naziri ilə birlikdə bəyanatla çıxış edəcək”. Tramp çıxışını Florida ştatında, “Mar-a-Laqo” malikanəsində edəcək. KİV-in məlumatına görə, Amerika liderinin qış tətilləri zamanı həmin malikanədə olacağı gözlənilir.