Diplomatların bildirdiyinə görə, Avropa İttifaqı liderləri Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün dondurulmuş Rusiya vəsaitlərindən istifadə etmək əvəzinə kredit götürməyə qərar veriblər.
Aİ Şurasının prezidenti Antonio Kosta bildirib ki, liderlər Ukraynanın növbəti iki il ərzində hərbi və iqtisadi ehtiyaclarını qarşılamaq üçün faizsiz kredit ayrılması barədə razılığa gəliblər.
Qərar cümə günü səhər tezdən qəbul olunub. Liderlər Ukraynanın Rusiyaya qarşı müdafiəsini dəstəkləmək üçün kapital bazarlarından vəsait toplamağı, dondurulmuş Rusiya aktivlərinə isə toxunmamağı üstün tutublar.
Ukrayna prezidenti Volodimir Zelenski Aİ-yə ölkənin yaxınlaşan büdcə kəsirini aradan qaldıracaq kreditə görə təşəkkür edib və bunun Kiyevin müdafiə imkanlarını “həqiqətən gücləndirdiyini” bildirib.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
