Malayziyada baş verən güclü daşqınlar səbəbindən 15 mindən çox insan müvəqqəti sığınacaqlara təxliyə edilib.
Gundelik.az xəbər verir ki, bu barədə “Bernama” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, krallığın təxliyə edilən sakinlərinin sayı 15.358 nəfərdir.
Təbii fəlakət Malayziyanın Pahanq (13.472 məcburi köçkün), Terenqanu (1.344), Cohor (356) və Kelantan (186) ştatlarına təsir göstərib.
Xatırladaq ki, 2024-cü ildə Malayziyanı bürüyən daşqınlar ölkə iqtisadiyyatına 228,6 milyon dollar ziyan vurub.
