Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi üç şirkətlə yeni müqavilə bağlayıb.
Gundelik.az xəbər verir ki, bunlar “İs Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti və “Finacco” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Müqavilələr təmir işləri ilə əlaqədar olaraq bağlanılıb.
Məlumata görə, Bakı, Şirvan və Yevlax şəhərləri, Bərdə və Hacıqabul rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin, binaların fasad üzlüyünün və pilləkən qəfəslərinin, Bakı şəhəri ərazisində salınmış məcburi köçkün qəsəbələrində mənzillərin və binaların dam örtüyünün və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri planlaşdırılıb.
Ümumilikdə üç şirkətlə təmirlə bağlı bağlanan müqavilələrin dəyəri 672 min manat olaraq müəyyən olunub.
