İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Dünyanın ən varlı 10 iş adamı – ADLAR/SƏRVƏTLƏRİ

Dünyanın ən varlı 10 iş adamının ümumi sərvəti 2,536 trilyon dollara çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.

Onların sərvəti bu ilin əvvəlindən bəri 558,9 milyard dollar artıb. Dünyanın ən zəngin on iş adamından doqquzu ABŞ-dən, biri Fransadandır. Məlum olub ki, onlardan 8-i texnologiya sektorunda fəaliyyət göstərir.

1. İlon Mask 

Hazırda “Tesla” şirkətinin sahibi İlon Mask 638 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin iş adamıdır. Belə ki, siyahıda birinci yerdə olan İlon Mask ilin əvvəlindən bəri sərvətini 205 milyard dollar artırıb. Bu artımla Mask həm də siyahıda sərvətini ən çox artıran şəxs olub.

2. Larri Peyc 

Maskı 265 milyard dollar sərvətlə “Google”un həmtəsisçisi Larri Peyc izləyir. Peyc sərvətini 96,8 milyard dollar artırıb.

3. Sergey Brin

Üçüncü yerdə 247 milyard dollarla “Alphabet”in həmtəsisçisi Sergey Brin qərarlaşıb. Brin bu il sərvətini 88,2 milyard dollar artırıb.

4.Ceff Bezos 

Brindən sonra 246 milyard dollarlıq sərvətlə ABŞ-nin texnologiya və e-ticarət şirkəti “Amazon”un sahibi Ceff Bezos gəlir. Bezos ilin əvvəlindən sərvətini 7 milyard dollar artırıb.

5.Larri Ellison

ABŞ-nin texnologiya şirkəti “Oracle”ın yaradıcısı Larri Ellison 238 milyard dollar sərvəti ilə beşinci yerdə qərarlaşıb. “Oracle”ın sahibi Ellison ilin əvvəlindən sərvətinə 46,1 milyard dollar əlavə edib.

6.Mark Zukerberq

“Meta”nın sahibi Mark Zukerberqin sərvəti isə 21,5 milyard dollar artaraq 229 milyard dollar olub. 

7.Bernard Arno

Fransanın məşhur geyim markası “LVMH”nin sahibi Bernard Arno sərvətinin 26,1 milyard dollar artaraq 202 milyard dollara çatdırıb.

8. Stiv Balmer

Siyahıda səkkizinci yerdə sərvəti 19 milyard dollar artaraq 166 milyard dollara yüksələn “Microsoft”un keçmiş baş direktoru Stiv Balmerdir.

9.Jensen Huanq 

Balmerdən sonra 153 milyard dollar sərvəti ilə dünyanın ən dəyərli şirkəti olan “Nvidia”nın baş direktoru Jensen Huanq gəlir. Huanq ilin əvvəlindən sərvətinə 39 milyard dollar əlavə edib.

10.Uorren Baffet

Siyahıda onuncu yerdə dünyanın ən məşhur investorlarından biri olan Uorren Baffet qərarlaşıb. Baffet 152 milyard dollar sərvətlə mövqeyini qoruyub saxlayıb. O, bu ilin əvvəlindən bəri sərvətini daha 10,2 milyard dollar artırıb.