Bakıda 25 saylı Mediasiya Təşkilatı fəaliyyətə başladı
Bakının hüquqi-mədəni həyatına yeni bir ünvan əlavə olundu. Şəhərdə 25 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlayaraq mübahisələrin dialoq və anlaşma yolu ilə həllinə töhfə verməyi qarşısına məqsəd qoyub. Təşkilat peşəkar mediator Aqil Əsgərovun rəhbərliyi altında formalaşıb və bu sahədə uzunmüddətli təcrübəyə malik komanda ilə fəaliyyət göstərir.
Mediasiya sahəsində bilik və bacarıqları ilə seçilən Ayaz Süleymanov, Mahir Əliyev, Elnur Abbaszadə, Nigar Məmmədova və Ülviyyə Qurbanova, Sevinc Ağayeva təşkilatın əsas heyətini təşkil edərək, tərəflər arasında itirilmiş etimad körpülərini yenidən qurmağı hədəfləyirlər.
Qeyd edək ki, təşkilatın təsisçi-direktoru Aqil Əsgərov, təsisçisi isə Tural Məmmədovdur. Onların rəhbərliyi ilə qurum hüquqi mübahisələrə yalnız prosedur kimi deyil, insan talelərinə toxunan məsuliyyətli proses kimi yanaşır.
25 saylı Mediasiya Təşkilatı ailə münasibətlərindən əmək mübahisələrinə, mülki və inzibati çəkişmələrə qədər geniş spektrdə xidmət göstərir. Burada əsas prinsip qalib və məğlub axtarmaq deyil, qarşılıqlı anlayış və razılaşma ilə hər iki tərəf üçün məqbul çıxış yolu tapmaqdır.
Yeni mediasiya ünvanı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 15 m², “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşir və dialoqa açıq qapıları ilə vətəndaşları qəbul edir.
25 saylı Mediasiya Təşkilatı: barışın qalibiyyət ünvanı; Məhkəməyə yox, barışa gedənlərin ünvanı

Gundelik.az
