Xocavənd rayonunda fərdi yaşayış evlərinin layihələndirilməsinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə Gundelik.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Məlumata görə, layihələndirmə işləri həm şəhərin özündə, həm də Heşan, Yenikənd, Güneyxırman, Quzeyxırman, Qarqar, Qırmızı bazar (bina), Xanoba, Azıx, Zoğalbulaq, Arakül, Edilli, Düdükçü kəndlərini əhatə edəcək.
Fərdi yaşayış evlərinin layihələndirilməsinə 2 milyon 733 min manat vəsait sərf olunacaq.
