İyul 8, 2026
Baku
Hadisə Ölkə Xəbərlər

Su anbarında qanunsuz balıq ovladı, saxlanıldı

Su anbarında qanunsuz balıq ovlayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Regional qrupundan Gundelik.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.