İyul 8, 2026
Baku
Ədəbiyyat

8 Dekabr Aktyor, xalq artisti Səməd Mövləvinin 125 illiyi, (1900- 1962)

  Səməd Möhləvi 8 dekabr 1914-cü ildə Naxçıvanda doğulub. Gözəl və ürəyəyatımlı səsi olub. O, əsasən, opera və operetta tamaşalarında xorda oxuyub, epizodik rollarda səhnəyə çıxıb. Opera artisti olmaq arzusu ilə orta məktəbi bitirdikdən sonra Bakıya gələrək Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Diplom alandan sonra bir müddət Opera və Balet Teatrında işləyib. Burada ikinci dərəcəli partiyalar oxuyub.Aktyor yaradıcılığındakı uğurlarına görə 17 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. 11 sentyabr 2001-ci ildə Naxçıvanda vəfat edib. Aktyor istedadı xarakterik rollarda daha əlvan formada təcəssüm tapıb. Tipik məişət rollarını da bacarıqla oynayıb. Dərviş, Müller, Rüstəm Zal (“Şeyx Sənan”, “Şeyda” və “Səyavuş”, Hüseyn Cavid),Pirqulu, Həmzə, Belakurov (“Aydın”, “Vəfalı Səriyyə” və “Yaşar”, Cəfər Cabbarlı), İbrahim xan (“Vaqif”, Səməd Vurğun), Qurban (“Pəri cadu”, Əbdürrəhman bəy Haqverdiyev),  Naib ağa (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə),  Əlimərdan (“Eşq və intiqam”, Süleyman Sani Axundov), Mirzə Cəlil (“Sizi deyib gəlmişəm”, Anar), Gəncə hökmdarı (“Məhsəti”, Kəmalə Ağayeva), Salmanov (“Toy”, Sabit Rəhman), Şahmar (“Vətən”, Abdulla Şaiq), rolları Məmməd Quliyevin yaradıcılığının başlıca mahiyyətini xarakterizə edən rollardır. Səsinin təravəti uzun illər itməyən aktyor müxtəlif quruluşlarda Üzeyir bəy Hacıbəyovun “Leyla  və Məcnun (Nofəl və Məcnunun atası), “Əsli və Kərəm” (Keşiş) operalarında, “Məşədi İbad”,  (Sərvər), “Arşın mal alan”  (Əsgər) operettalarında, Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” (Murad) və Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyalarında solist-aktyor kimi çıxış edib.

Gundelik.az