İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanın iqtisadi artım proqnozları AÇIQLANDI

Niderlandın “ING Group” şirkətinin proqnozuna əsasən, 2025-ci ildə Azərbaycanın ÜDM artımı 1,6 faiz səviyyəsində olacaq.

Gundelik.az bu barədə qrupa istinadən xəbər verir.

2026-cı ildə göstəricinin 2,8 faiz təşkil edəcəyi, 2027-ci ildə isə 2 faizə qədər azalacağı gözlənilir.

Azərbaycan ÜDM artımı üzrə 2026-cı ili əhatə edən rüblük proqnoz aşağıda təqdim olunub.

1-ci rüb – 4%,

2-ci rüb 2,5%,

3-cü rüb 3,5%,

4-cü rüb 1%.

ING 2025-ci ilin IV rübünün yekun nəticəsi üzrə 2,5 faizlik lik artım gözləyir.

“Ölkənin maliyyə mövqeyi əhəmiyyətli dövlət aktivləri və balanslaşdırılmış fiskal siyasət sayəsində sabit olaraq qalmaqdadır”, – ING-də qeyd edilib.

Qrupun ekspertləri həmçinin “Moody’s” agentliyi tərəfindən Azərbaycanın suveren reytinqinin investisiya səviyyəsi olan “Baa3”ə yüksəldilməsinin portfel investisiyaları üçün potensial olaraq müsbət amil olduğunu bildiriblər.