“Microsoft” korporasiyası süni intellekt texnologiyalarını dəstəkləmək məqsədilə Avstraliyanın IREN Ltd. şirkəti ilə təxminən 9,7 milyard dollar dəyərində beşillik müqavilə bağlayıb.
Gundelik.az xəbər verir ki, IREN-in yyaydığı məlumata əsasən, müqavilə çərçivəsində “Microsoft” Nvidia Corp şirkətinin GB300 sistemlərinə çıxış əldə edəcək. Bu sistemlər süni intellekt hesablamalarını həyata keçirmək üçün nəzərdə tutulub.
Yeni razılaşmadan sonra “Microsoft” IREN-in ən böyük müştərisinə çevriləcək. Şirkətin məlumatına görə, süni intellekt hesablama gücünə artan tələbat fonunda IREN-in Nasdaq birjasında ticarət olunan səhmlərinin dəyəri ilin əvvəlindən bəri altı dəfədən çox artıb. Qeyd edək ki, IREN əvvəllər əsasən Bitcoin mədənçiliyi ilə məşğul olub.
Bazar ertəsi bazaröncəsi ticarətdə “Microsoft” səhmləri 0,2% bahalaşıb. Şirkətin bazar kapitallaşması ilin əvvəlindən 23% artaraq 3,85 trilyon dollara çatıb.
Gundelik.az
