Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şirkətlərlə istənilən yardımı göstərməyə hazırıq.
Gundelik.az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (AİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
Onun sözlərinə görə, hər hangi bir alıcı ilə, satıcı ilə təməslər qurmağa, Azərbaycanda istehsal edilən məhsulların alınmasında təmaslar qurmağa yardım etməyə hazırıq: “O cümlədən fabrikada çalışan insanların işə götürülməsi prosesinə də yardım etməyə hazırıq.”
O qeyd edib ki, bir şeyi də nəzərə alın ki, ələd Azad İsadi Zonasında istehsal edilən hər bir məhsul üstünə “Made in Azərbaycan” damğası vurulur: “O salahiyyəti dövlət bizə verib. O sertifikatı biz veririk. Üstündə “Made in Azərbaycan” damğası olan məhsul ətraf 10 ölkəyə satılanda o ölkələrdə də heç bir gömrük rüsumu yada ki, əlavə dəyər vergisi ödənilmir.
Bu da imkan verir ki, burada istehsal edilən məhsulu o ölkələrə bu üstünlüklərini istifadə edərək daha geniş şəkildə satmağa, daha çox mənfəət qazanmağa imkan verir”.
Gundelik.az
