Bu necə ola bilər ki, bizim Qalaktikada 400 milyard ulduz ola, onların bir çoxunun ətrafında Yerə bənzər planetlər dövrə vura, oralarda da bir dənə də olsun Sivilizasiya olmaya? Amerika astronomu F.Dreykin hesablamalara görə təkcə bizim Qalaktikada (“Süd Yolunda”) 20 minə yaxın yüksək inkişaf etmiş Kosmik Sivilizasiya var. Bizim səviyyədə və bizdən aşağı səviyyədə olan, yəni “ibtidai icma quruluşunda”, “köləlik” və “feodalizm” cəmiyyətlərində (adlar şərtidir) yaşayan Sivilizasiyaların sayı bundan qat-qat çoxdur. İki trilyondan çox Qalaktikanı əhatə edən bütün Kainatda onların sayı, yəqin ki, bundan on min dəfələrlə çox olacaq. Ortaya sual çıxır: bəs onlar hardadır?
Alim Enriko Fermi bir dəfə mühazirələrinin birində dinləyicilərinə belə bir sualla müraciət etdi: Əgər kainatda bu qədər çox ulduz və planet varsa və həyatın əmələ gəlməsi və təkamül edib Sivilizasiyaya çevrilməsi müstəsna hal olmayıb, Ümumkainat qanunudursa, nəyə görə biz hələ də təkik və Kosmosda heç bir sivilizasiya ilə qarşılaşmamışıq?
Əlimizdə olan bütün texniki imkanları (teleskop, radioteleskop və s.) işə salsaq da biz şüur qardaşlarımızı nə görürük, nə eşidirik, nə də onlardan siqnallar alırıq. Sonsuz kainatda yeganə olmaqdan, “qardaşsız” və “bacısız” “Allahın tək övladı” olmaqdan kədərli hiss yoxdur. Məgər Allahın bu sonsuz kainatda yeganə “sənət əsəri” yalnız bizik? Axı, həyat hardasa olmaldır. Biz bilirik ki, Yaradan müxtəliflyii sevəndir. Demək, hardasa bizdən
başqa da Onun yaratdıqları var. Bəzi dini təlimlərdə iddia edilsə də, insan Sivilizasiyasının Allahın “yeganə yaradılışı” olması ideyasına inanmaq istəmirəm.
Bəlkə, doğrudan da, məntiqsiz görünsə də, bu sonsuz kainatda biz həqiqətən Allahın “yeganə övladı”, tək varlığıq? Əminəm ki, tək deyilik. Bu elmi problemlə bağlı yüzlərlə fərziyyə var. Bu başdan deyim ki, fərziyyələrin böyük əksəriyyətinin müəllifləri Kainatda başqa sivilizasiyaların mövcudluğunu inkar etmirlər. Sadəcə onların görünməməsinin və susmasının səbəbini izah etməyə cəhd edirlər. Bütün deyilənlər, irəli sürülən fərziyyələr elmi dəlillərə və faktlara deyil, ehtimallara və gümanlara əsaslanır. Bunlar aşağıdakılardan ibarətdir:
Birinci ehtimala görə, bizim Qalaktikada yaradılmış birinci Sivilizasiya bizik və başqa ulduz və planetlər sistemində həyat yeni yaranmağa və təkamül etməyə başlayıb. Bioloji təkamülün başa çatıb, sosial təkamülə keçməsindən və Sivilizasiyaların yaranmasından ötrü bundan sonra min, bəlkə də milyon illərlə vaxt lazımdır. Beləliklə, bu fərziyyəyə görə Sivilizasiyamız bundan sonra bizim Qalaktikada yaranacaq başqa sivilizasiyaların birincisidir.
İkinci ehtimal görə başqa sivilizasiyalar ola bilsin ki, çox yzaqdadırlar və siqnalların sürəti isə məhdud olduğundan (saniyədə 300 min kilometr) bizim onlara gördərdiyimiz və ya onların bizə göndərdikləri siqnalların ünvanına çatmasından ötrü min, on min, bəlkə milyon illərlə vaxt lazımdır. Burada şüur qardaşlarımızdan alacağımız mesajları gözləməkdən başqa əlacamız yoxdur. Bunun nə vaxt baş verəcəyi məlum deyil.
Üçüncü ehtimala görə, onlar bizdən qat-qat yüksək inkişaf səviyyəsindədirlər, bizi görürlər, lakin müdaxilə etmək istəmirlər (“zoopark və ya qoruq hipotezi”). Yüksək inkişaf etmiş sivilizasiyalar bizim Sivilizasiyanın təbii inkişaf yolunu pozmadan, müdaxilə etmədən üzərimizdə müşahidələr aparmaqla kifayətlənirlər. Bu təbiidir, çünki yaşı milyon illərlə ölçülən nəhəng
Kosmik Sivilaziyaların yaşı cəmi 7000 il olan (Sivilizasiyamızın tarixini Qədim Şumerin yaranma tarixindən götürsək) bizim “körpə”, “südəmər” Sivilizasiya ilə əlaqələrin yaradılması onların marağında olmaya bilər.
Dördüncü ehtimala görə, bütün sivilizasiyalar kosmik sivilizasiyaya çevrilə bilmirlər. İnkişafın müəyyən səviyyəsinə çatdıqdan sonra kütləvi qırğın silahlarından (atom, kimyəvi, bioloji və s.) istifadə etməklə aparılan müharibələr, təbii resursların amansız istismarı və tükənməsi və bu səbəbdən yaranmış ekoloji problemlər və s. onların məhv olması ilə nəticələnir. Ola bilısin ki, bizim sivilzasiyanı da belə bir tale gözləyir.
Beşinci ehtmala görə, biz onları tanıya bilimirik. Bəlkə də onlar başqa ölçülərdə və başqa formalarda mövcuddurlar və sadəcə onları görə bilmirir. Altıncı ehtimala görə onlar bəlkə də artıq çoxdan buradadırlar. Bəzi tədqiqatçıların nəzərincə yadplanetlilər dəfələr bizim planetə səfər ediblər. Onların izlərini xalqların əsatir və nağıllarında, Müqəddəs Yazıların mətinlərində, izahı olmayan paleontoloji və arxeoloji tapıntılarda və s. axtarmaq lazımdır. Hər bir halda bu gün inanılmaz görünsə də onlarla ilk kontaktın və əməkdaşlığın yaranmasının bizim qlobal Sivilzasiyamız, dünya görüşümüz və inkişafımız üçün əhəmiyyətini təsəvvürə gətirmək olduqca çətindir.
Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti,
fəlsəfə doktoru
Gundelik.az
