İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

ANAMA 368 min manatlıq xəbərdaredici lövhələr sifariş edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yeni xəbərdaredici (maarifləndirici) lövhələr sifariş edib.

Gundelik.az-ın məlumatına görə, ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Agentlik xəbərdaredici (maarifləndirici) lövhələrin quraşdırılması ilə bağlı işlərin icrasını “Azfen-TTQ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 368 460 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Azfen-TTQ” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Ələsgərov Xəlil Məhərrəm oğludur.

Gundelik.az