Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 2028-ci ilə qədər Rusiya nefti və qazının idxalının mərhələli şəkildə dayandırılması barədə razılığa gəliblər.
Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
Oktyabrın 8-də keçirilən qapalı iclasda Aİ səfirləri Rusiyanın enerji resurslarından uzaqlaşma planının icrasını davam etdirməyə qərar veriblər. Mənbələrin bildirdiyinə görə, layihə oktyabrın 20-də nazirlər şurasına göndəriləcək və təsdiqlənməsi gözlənilir.
Layihə demək olar ki, bütün ölkələr tərəfindən dəstəklənsə də, Macarıstan və Slovakiya müəyyən tənqidlər irəli sürüblər.
Gundelik.az
