İyul 8, 2026
Baku
Xəbərlər

Alimlər Günəşdən Yerə doğru böyük plazma atılmasını qeydə alıblar

Planet Earth, sun and stars (Nasa imagery)

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) məlumatına görə, M sinifli alışmadan sonra Günəşdə Yer istiqamətində böyük plazma atılması baş verib.

Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu (ISTP) məlumat yayıb.

Laboratoriyanın açıqlamasında bildirilir ki, “təxminən bir saat əvvəl Günəşdə güclü M1.5 alovu qeydə alınıb və bu, Yerə doğru böyük plazma atılması ilə müşayiət olunub. Bu, sentyabrın sonundan oktyabrın əvvəlinə qədər aktivliyin cari artımında birbaşa təsdiqlənmiş ilk hadisədir”.

Alimlər qeyd ediblər ki, son dörd gündə Günəşdə bir neçə plazma tullantısı müşahidə olunub, lakin onlar planetimizin yanından keçib. “Vizual müşahidələrə əsasən, hadisə böyükdür və onun Günəşdən ayrılması təsdiqlənərsə, 2,5 günə, yəni oktyabrın 5-i günortadan sonra planetimizə çatmalıdır”, – açıqlamada deyilir.

Gundelik.az