İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Gundelik.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin “Stansiya Sumqayıt” ərazisində 152 və 153 saylı balansda yerləşən D=159 mm-lik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar sentyabrın 25-də saat 11:00-dan etibarən 2300 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Gundelik.az