Kanadanın Baş naziri Mark Karni Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tez bir zamanda tətbiq olunmasını istəyir.
Gundelik.az-ın “Bloomberg”ə istinadən xəbərinə görə, Karni bildirib ki, o, müttəfiqlərlə aparılan müzakirələrdə bu cür məhdudiyyətlərin tətbiqini şəxsən dəstəkləyir və ABŞ administrasiyası ilə Avropa ölkələrinin bunu həyata keçirməsinin “mümkün” olduğunu düşünür.
Baş nazir vurğulayıb ki, ikinci dərəcəli sanksiyalar “çox güclü təsir göstərə bilər” və iki-üç aylıq gecikmə ilə maliyyə institutlarının münasibətlərini yenidən qurmaq üçün vaxtı olacaq. O əlavə edib ki, bu gecikmə Rusiya lideri Vladimir Putini danışıqlar masasına gətirə bilər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, iki şərt yerinə yetirilərsə, ABŞ Rusiyaya qarşı “ciddi sanksiyalar” tətbiq edəcək: bütün NATO ölkələri razılığa gəlsin və eyni addımı atsın, həmçinin Rusiyadan neft alışını dayandırsın.
Gundelik.az
