İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ şirkətləri Böyük Britaniyaya 200 milyard dollardan çox sərmayə yatıracaq

Böyük Britaniya yaxın illərdə Amerika şirkətlərindən ümumilikdə 150 milyard funt-sterlinq (təxminən 204 milyard dollar) dəyərində sərmayə qəbul edəcək.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ən böyük investisiya “Blackstone” şirkəti tərəfindən nəzərdə tutulub – növbəti onillikdə 122,6 milyard dollar. Bundan başqa, “Prologis” 5,34 milyard dollar, “Palantir” təxminən 2 milyard dollar (müdafiə innovasiyaları sahəsində), STAX Böyük Britaniyada əməliyyatlarını genişləndirmək üçün 52 milyon dollar, “Microsoft” dörd il ərzində 30 milyard dollar, “Google” isə iki il ərzində 6,8 milyard dollar sərmayə qoyacaq.

Eyni zamanda, Britaniya şirkətləri də ABŞ iqtisadiyyatına böyük yatırımlar etməyi planlaşdırır. Belə ki, dərman nəhəngi GSK 30 milyard dollar, BP isə 25 milyard dollar sərmayə yatıracaq. Ümumilikdə, Böyük Britaniya şirkətləri, bankları və hökuməti ABŞ iqtisadiyyatına 80 milyard dollar həcmində investisiya yönəldəcək.

Gundelik.az