İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, onun hərəkətləri praktiki olaraq qondarma “İran oxu”nun məhvinə gətirib çıxarıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Biz təkcə HƏMAS-la mübarizə aparmırıq, HƏMAS-ın yalnız bir hissəsi olan bütün İran oxu ilə vuruşuruq. Biz bu oxun komponentlərini bir-bir məhv etdik. Əvvəlcə HƏMAS-ı aldıq, Rəfaha girib Filadelfiya dəhlizinə nəzarəti ələ keçirməli, sonra şimala doğru hərəkət edərək Hizbullahı məhv etmək və irəliləmək üçün əməliyyat keçirməli idik. Nəticədə Suriya prezidenti Bəşər Əsədi devirdi . ) Bütün bu mərhələlər əslində İsraili məhv etməyə hazırlaşan İran oxunu məhv etdi”, – o, bazar ertəsi Kanal 13-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, İsrail bütün İran oxunu, o cümlədən İranın özü ilə müharibəni məğlub etməli idi.
“Ona görə də düşünürəm ki, biz indi həlledici mərhələdəyik. Qəzzada başlayanlar Qəzzada sona çatacaq”, – baş nazir yekunlaşdırıb.
Gundelik.az
