İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı

Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.

Gundelik.az Teleqraf-a istinadən xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.

Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edəcək.

Avtobus hər gün Gəncə şəhərindən 08:30-da çıxacaq.

Gundelik.az