İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Porsche” DAX indeksindən çıxarılacaq

Almaniyanın idman avtomobilləri istehsalçısı “Porsche AG”nin səhmləri DAX indeksindən çıxarılacaq.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, DAX Almaniyanın 40 ən böyük şirkətinin səhmlərini əhatə edir.

“Porsche” IPO-dan qısa müddət sonra, 2022-ci ilin dekabrında DAX-a daxil edilmişdi. Lakin ilin əvvəlindən ABŞ-ın idxal tariflərinin tətbiqi və Çində satışların azalması səbəbindən şirkətin bazar kapitallaşması 24% azalıb.

Həmçinin tibbi avadanlıq istehsalçısı Sartoriusun səhmləri də DAX-dan çıxarılacaq və hər iki şirkətin səhmləri MDAX indeksinə köçürüləcək.

DAX indeksinə isə onlayn ticarət platformalarının operatoru Scout24 və qida sənayesi üçün avadanlıq istehsalçısı GEA Group-un səhmləri daxil ediləcək.

Dəyişikliklər sentyabrın 22-dən qüvvəyə minəcək.

Gundelik.az