Rusiya Prezidenti Vladimir Putin Zaporijjya Atom Elektrik Stansiyasında (AES) ABŞ ilə əməkdaşlıq imkanlarını istisna etmədiyini bildirib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Putin Pekində Slovakiyanın baş naziri Robert Fiko ilə görüşündə qeyd edib ki, bu mövzu artıq dolayısı ilə amerikalı tərəfdaşlarla müzakirə olunub:
“Yeri gəlmişkən, biz Zaporijjya AES-də amerikalı tərəfdaşlarla əməkdaşlıq edə bilərik. Prinsipcə, bu məsələləri indiyədək onlarla müzakirə etmişik”.
Dövlət başçısı əlavə edib ki, əməkdaşlıq imkanları Ukrayna tərəfinə də şamil oluna bilər:
“Əgər əlverişli şərait yaranarsa, biz bunu amerikalı həmkarlarımızla da müzakirə etmişik – üçümüz hətta Zaporijjya AES-də birgə işləyə bilərik”.
Gundelik.az
