İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Ölkə üzrə pensiyalar ödənildi

Avqustun 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Bu barədə Gundelik.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.

Gundelik.az