İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Naxçıvana elektrik mühərrikli avtobusların gətirilməsinə 4,9 milyon manat sərf ediləcək

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yeni elektriklə işləyən avtobuslar sifariş edəcək.

Gundelik.az-ın məlumatına görə, 20 ədəd sözügedən nəqliyyat vasitəsinin alınması nəzərdə tutulub.

Nəqliyyat vasitələrinin 2024-2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir.

Belə ki, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Eyni zamanda agentlik 20 ədəd tam elektriklə işləyən avtobusların satınalınmasının 4 945 620 manata başa gələcəyini proqonozlaşdırıb.

Gundelik.az