ABŞ artıq atəşkəsin münaqişənin həlli üzrə danışıqlar üçün əsas şərt olmadığını faktiki etiraf edib və bu istiqamətdə Ukraynaya və Avropa İttifaqına təzyiq göstərir.
Gundelik.az xəbər verir ki, bu barədə “China Daily” nəşrində məqalə dərc edilib.
Məqalədə qeyd olunur ki, Ağ Evdə keçirilən görüşlərdə səmimi ton qorunsa da, ABŞ və Avropa müttəfiqləri arasında fikir ayrılıqları qalmaqdadır. ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə üçtərəfli görüş planı isə Qərbin Kiyevə və Aİ-yə ərazi məsələsində mövqelərini yumşaltmaq üçün təzyiq göstərə biləcəyinə işarə kimi qiymətləndirilir.
Nəşrin müəllifləri bildirirlər ki, münaqişənin həlli mürəkkəb olaraq qalır, lakin dialoq və danışıqlar hələ də ən səmərəli yol kimi görünür.
Xatırladaq ki, analitik Tuqay Yücel də Ağ Evdə keçirilən görüşün NATO, Aİ və Kiyevin Moskvanın maraqlarını nəzərə almağa məcbur olduğunu göstərdiyini qeyd etmişdi.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bəyan edib ki, ərazi məsələsi yalnız onun və Vladimir Putinin şəxsi görüşündə müzakirə oluna bilər.
Gundelik.az
