Tatarıstanda “Changan” (Çanqan) avtomobillərinin yığılması üçün zavodun açılması perspektivi mövcuddur.
Gundelik.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi regional İnvestisiyaların İnkişafı Agentliyinin rəhbəri Taliya Minullinaya istinadən məlumat yayıb.
Minullinanın sözlərinə görə, Tatarıstanda Çanqan üçün nümayəndəlik və ya montaj zavodunun açılması üçün böyük potensial mövcuddur. “Lokallaşdırma ideyasını irəli sürmək üçün respublikada təkcə avtokomponent bazası deyil, həm də bu sahədə birgə layihələrin həyata keçirilə biləcəyi İnnopolis var”, – deyə o bildirib.
O əlavə edib ki, Tatarıstan avtomobil hissələrinin bazasının lokallaşdırılması baxımından da cəlbedicidir.
Gundelik.az
