Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Xidməti minik avtomobilləri alır.
Gundelik.az xəbər verir ki, nazirlər kabineti bu barədə müvafiq işlərə yekun vurub.
Belə ki, avtomobillərin satın alınması “Toyota Abşeron Center” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib və müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, MMC-yə 236 700 manat ödənilib.
Qeyd edək ki, “Toyota Abşeron Center” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 min manat olan MMC-nin qanuni təmsilçisi Əhmədov Elşən Mahmud oğludur.
Gundelik.az
