İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rusiya Ukraynaya məxsus 13 PUA vurdu

Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 17:00-dan 20:00-a qədər Rusiya regionları üzərində Ukraynaya məxsus 13 PUA vurub.

Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisində 8 PUA, Rostov vilayəti ərazisi üzərində 4 PUA və Kalmıkya ərazisində 1 PUA-nı ələ keçirib”, – deyə məlumatda qeyd olunub./axar.az

Gundelik.az