İyul 8, 2026
Baku
Tarixdə bu gün Xəbərlər

12 Avqust – Ədəbiyyatşünas Rafael Hüseynovun 70 illiyi, (1955)

Rafael Hüseynovun əsərləri yazı və yanaşma tərzinin yeniliyi və özünəməxsusluğu ilə seçilir.
Aydın Talıbzadə

Hüseynov Rafael Baba oğlu – Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor.

1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır (1971-1976). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır (1976-1978). 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan “İrəli” qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşın çıxış etmişdir. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı “Nəğməli ömürlər” və “Axşam görüşləri” adlı həftəlik verilişlər silsiləsi efırdə səslənmişdir. “Qobustan” incəsənət toplusunda “Görməyən gözlərin aydınlığı”, “Əsas odur ki, xalq sizi sevir”, “Həsrət qatarı” və s. publisistik yazıları çap olunmuşdur. Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir. 1992-ci ildə “Baba Tahir Üryan və onun poetik irsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında “İki ömrün işığı” (1987) adlı xatirələr kitabını tərtib etmişdir. ADU-da “fars ədəbbiyyatı” (1987-1989), Konservatoriyada “Mədəniyyət tarixi” (1990-1991), “Xəzər” Universitetində “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan mədəniyyəti” (1995) fənlərindən dərs demişdir. Xəzər Universitetində “Azərbaycan filologiyası və şərqşünaslıq” kafedrasının müdiri vəzifəsində (1995-1998) çalışmışdır.
Əsərləri: “Vaxtdan uca” (1987), “Min ikinci gecə” (1988), “Məhsəti necə varsa” (1989), “Məhsəti Gəncəvi – özü, izi” (2005), “Rəfibəylilər” (1966), “Millətin zərrəsi” (2001), “Əbədi Cavid” (2007), “Yoxdan var” (2010), “Ağzın sirri” (2010), “Yurdun adındakı can” (2010) və s. Filmoqrafiya: Qayıdış (film, 1992), Cavid ömrü (film, 2007), Əbədiyyət (veriliş, 2007), Ömrün rəngləri (film, 2007), Maestro Niyazi (film, 2007), Rəfibəylilər (film, 2009) və s.Tərcümələri (farscadan): Baba Tahir Üryan. Dübeytlər. Bakı: Yazıçı, 1988, 112 səh. Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 707.

Gundelik.az