İyul 8, 2026
Baku
Hüquq Müsahibə

Qanunvericilik ChatGPT – yə hazırdımı? Hüquqşünasla açıq söhbət

Son intellekt texnologiyakarının  sürətli  inkişafı, xüsusilə də ChatGPT kimi dil modellərinin  geniş tətbiqi, həm gündəlik həyatımızda, həm də hüquqi müstəvidə yeni suallar və çağırışlar ortaya çıxarıb. Bu texnologiyaların informasiya əldə etmə, qərarvermə, təhsil və iş proseslərinə  ciddi təsir göstərməklə  yanaşı, hüquqi məsuliyyət, müəllif hüquqları, fərdi məlumatların qorunması və etik prinsiplər baxımından da müxtəlif müzakirələrə səbəb olur.
Gündelik.az  olaraq mövzuya aydınlıq gətirmək istədik. Bu məqsədlə  hüquqşunasla – Fariz  Əkbərovla  birlikdə ChatGPT və digər suni intelekt alətləri ilə bağlı məsələləri, hüquqi tənzimləmələrin  vəziyyətini  və gələcəkdə bizi  nə gözlədiyini  müzakirə edəcəyik.
 Fariz müəllim, isrifadəçi  bilmədən CGPT- nin tövsiyyəsi ilə  qanunsuz bir əməl törədərsə,  bu zaman istifadəçi hüquqi məsuliyyət daşıyırmı?
–  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hal-hazırda süni intellektdən, eyni zamanda  ChatGPT – dən istifadənin hüquqi məsuliyyət yaradacaq  konkret normativ  akt mövcud deyil.
Bununla bağlı Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” təsdiq olunub.
        Həmin Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında qeyd olunur ki, 2025–2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması, məsul dövlət orqanlarının (qurumlarının) müəyyən edilməsi və dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanacaq, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetiriləcəkd
      Strategiya çərçivəsində maarifləndirmə, həmçinin süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadənin təmin olunması istiqamətində də tədbirlər həyata keçiriləcəkdir. İctimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaqdır. Məlumatların məxfiliyinin və fərdi məlumatların qorunması üçün normativ hüquqi bazanın gücləndirilməsi süni intellektdən təhlükəsiz istifadəyə şərait yaradacaqdır.
Hal-hazırdakı  hər hansı bir istifadəçi öz fəaliyyətində ChatGPT və ya digər süni intellekt platformalarından istifadə etdiyinə görə hüquqi məsuliyyətə cəlb oluna bilməz.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri
Gundelik.az