Azərbaycanın azad edilmiş üç kəndinin hazırlanmış layihəsinə əlavə və dəyişikliklər ediləcək.
Gundelik.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Məlumata əsasən, sözügedən dəyişikliklər Ağdam rayonunun Salahlı Kəngərli və Güllücə kəndlərinin, eləcə də Füzuli rayonunun Dövlətyarlı kəndi üzrə aparılacaq.
Belə ki, qurum Ağdam rayonlarının qeyd olunan kəndləri üzrə hazırlanmış layihəsinə əlavə və dəyişikliklər ilə bağlı işlərin icrasını həyata keçirmək üçün “EL&EN” firması ilə ümumilikdə 642,4 min manat dəyərində müqavilə bağlayıb. Eyni zamanda qurum Dövlətyarlı kəndi üzrə isə bəhs olunan işlərin icrasını “Kon-Lay Project” MMC-yə həvalə edib və 358,8 min manat dəyərində müqavilə bağlayıb.
Gundelik.az
