İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Qarqarçayla bağlı 5,7 milyon manatlıq LAYİHƏ

Qarqarchay

Qarqarçay hövzəsi üzrə su axınının tənzimlənməsi və su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı işlərə başlanılır.

Gundelik.az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda sözügedən işlərin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərini hazırlayacaq şirkəti müəyyənləşdirmə mərhələsindədir.

Eyni zamanda dövlət xidməti görüləcək işlərin 5 745 420 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az