İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Dövlətə 700 min manata yaxın vergi borcu olan MTK MMC-yə çevrilir

“Aviq” Mənzil-Tikinti Kooperativi (MTK) təşkilati-hüquqi formasını dəyişir.

Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, MTK təşkilati-hüquqi formasını dəyişdirərək MMC-yə çevirilir.

Sözügedən şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 manat olan şirkətin qanuni təmsilçisi Əsgərov Əliyar Əsgər oğludur.

Qeyd edə ki, “Aviq” MTK-nın hazırda dövlətə  697 755 manat vergi borcu var.

Gundelik.az