Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində mərkəzində atışma nəticəsində beş nəfər həlak olub.
Gundelik.az bu barədə CNN-ə istinadən xəbər verir.
Rəsmi məlumatlara görə, Manhettenin mərkəzində atışma nəticəsində dörd nəfər, o cümlədən Nyu-York polisi həlak olub. Atıcı özü də ölüb.
Polis komissarı Jessica Tisş sosial mediada yazıb: “Hazırda hadisə yeri mühafizə olunub və tək atəş açan şəxs zərərsizləşdirilib”.
Atışma Milli Futbol Liqasının qərargahının yerləşdiyi göydələndə baş verib. İlkin məlumata görə, şübhəli şəxs 27 yaşlı Las-Veqas sakinidir.
Mənbələrin CNN-ə verdiyi məlumata görə, atəş açan şəxsin vaxtı keçmiş şəxsi müstəntiq lisenziyası olub.
Gundelik.az
