Gundelik.az Dünya Nyu-Yorkda atışma: beş nəfər öldü
Dünya Xəbərlər

Nyu-Yorkda atışma: beş nəfər öldü

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində mərkəzində atışma nəticəsində beş nəfər həlak olub.

Gundelik.az bu barədə CNN-ə istinadən xəbər verir.

Rəsmi məlumatlara görə, Manhettenin mərkəzində atışma nəticəsində dörd nəfər, o cümlədən Nyu-York polisi həlak olub. Atıcı özü də ölüb.

Polis komissarı Jessica Tisş sosial mediada yazıb: “Hazırda hadisə yeri mühafizə olunub və tək atəş açan şəxs zərərsizləşdirilib”.

Atışma Milli Futbol Liqasının qərargahının yerləşdiyi göydələndə baş verib. İlkin məlumata görə, şübhəli şəxs 27 yaşlı Las-Veqas sakinidir.

Mənbələrin CNN-ə verdiyi məlumata görə, atəş açan şəxsin vaxtı keçmiş şəxsi müstəntiq lisenziyası olub.

Gundelik.az 

Exit mobile version