İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Nazir istintaq idarəsinə rəis təyin etdi

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub.

Nazirlikdən Gundelik.az-a verilən məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

S.Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.

Gundelik.az