Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub.
Gundelik.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sayedur Rəhman deyib.
“Ölənlərin 25-i uşaqdır. Həmçinin pilot və bir müəllim də həlak olub”, – o bildirib.
Qeyd edək ki, Banqladeşin paytaxtı Dəkkədə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi məktəbə çırpılıb./axar.az
Gundelik.az
