İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Dağıstanda yeddi min il əvvələ aid qədim yaşayış məskəni aşkar edilib

Arxeoloqlar Dağıstanın Dərbənd yaxınlığında təxminən yeddi min il yaşı olan qədim yaşayış məskəni aşkar ediblər.

Bu barədə Gundelik.az NTV-yə istinadən xəbər verir.

Mütəxəssislər kəşfin yerində, həqiqətən, yaşayış məntəqəsinin olduğunu güman edirdilər, lakin onların təxminləri “Kavkaz” federal magistralının yeni hissəsinin tikintisi zamanı təsdiqləndi.

İş zamanı torpağın üst qatları götürülüb. İlk həftədə alimlər nadir daş alətlər, küplər, keramika çarxlar aşkar edib, mərkəzdə ocaq olan yarımqazma tipli yaşayış evləri qazıblar. Arxeoloqlar öküzlərin kiçik gil heykəlciklərini ən maraqlı tapıntılardan biri hesab edirlər.

Arxeoloqlardan ibarət ekspedisiya qrupunun rəhbəri Taras Tolubayev qeyd edib ki, bu tapıntılar Qafqazın şimal-şərq əraziləri üçün indiyədək aşkar edilənlər arasında ən qədimidir.

Mütəxəssislər belə qənaətə gəliblər ki, yerin iki metr dərinliyində təkcə yaşayış məntəqəsi deyil, bütöv bir şəhər var. Onlar eneolit dövrünə, bəşəriyyətin Daş dövründən Tunc dövrünə keçdiyi dövrə aiddir. Arxeoloqlar daha dərindən Qafqazın qədim tarixini açacaq daha qədim artefaktlar tapmağı gözləyirlər.

Gundelik.az