İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xocalıda abadlıq işləri ilə bağlı 650 min manatlıq işlərə başlanılır

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq işləri uğurla davam etdirilməkdədir.

Gundelik.az-ın məlumatına görə, bu işlər çərçivəsində Xocalı şəhərinin ikinci mərhələdə sahədaxili mühəndis kommunikasiyalarının, yol-küçə şəbəkəsinin, bulvar ərazisinin abadlıq-yaşıllaşdırma işləri aparılacaq.

Məlunata görə, həmçinin şəhərdə 37 fərdi yaşayış evinin təmir-bərpa işlərinin layihələndirilməsi işləri də həyata keçiriləcək.

Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Fond sözügedən işlərin icrasını Bakı Dövlət Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, instituta 650 min manat ödənilib.

Qeyd olunan işlərin gələn ilin may ayınadək yekunlaşdırılması nəzərdə tutulur.

Gundelik.az