İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Azərbaycan və Ermənistan liderləri niyə BƏƏ-də görüşürlər?

Azərbaycan və Ermənistan liderləri niyə Birləmiş Ərəb Əmirliklərində (BƏƏ) görüşürlər? Ona görə ki, Birləşmiş Ərəb Əmirliklərinin hər iki ölkəyə yatırımları ildən ilə artır, söhbət milyardlarla dollardan gedir.

Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın ən böyük investoruna çevrilib, Əbu-Dabi Rusiyanı geridə qoyub, Azərbaycanda da iqtisadi maraqları mövcuddur: “Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh və əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin həyati maraqları içərisindədir. Bu ölkə bununla həm də yatırımlarının təhlükəsizliyini təmin etmiş olur”.

Politoloqun fikrincə, digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri sülh quruculuğunda qonşularından geri qalmaq istəmir: “ABŞ Talibanla razılaşmanı Qətərdə əldə etmişdi, amerikalı diplomatlar iranlı həmkarlarıyla danışıqları Omanda aparırdılar. Birləşmiş Ərəb Əmirlikləri isə özünü Cənubi Qafqazda sülh quruculuğunda sınamaq istəyir”.

Gundelik.az