İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Azərbaycan Rusiya üçün daha önəmli vəziyyətdədir – Natiq Cəfərli

Hörmətli Məsud Pezeşkian “barışdız”, deyəndə, Rusiyanı yox, Ermənistanı nəzərdə tuturdu – dünəndən “divan konspiroloqları” 100 versiya irəli sürüblər.

Rusiya Azərbaycanla münasibətləri düzəltməyə çalışır, bu aydın görünür, çünki gərginliyin səbəbkarı Kreml idi. Əlinə dividend keçmədi, anladı ki, şantajla heç nəyə nail ola bilməyəcək, münasibətləri “təmir” etməyə çalışır – və bu yaxşıdır, özləri öz səhvlərni düzəldirlər.

İndi Azərbaycan Rusiya üçün, Rusiyanın Azərbaycan üçün oynadığı roldan daha önəmli vəziyyətdədir. Cənub-Şimal dəhlizinin ana xətti Azərbaycandan keçəcək, Rusiya İrana ildə 50 milyard kubmetr qaz satmaq istəyir. Boru Azərbaycandan keçməlidir və nəhayət, Azərbaycan və Türkiyənin stateji müttəfiqliyi Kremldə bəzi “isti başları” soyutmağa yetər. Türkiyə Rusiya üçün “nəfəslik”, Qərbə bağlayan yoldur, “Türk Axını” ilə qazını  premium qiymətlə Avropaya Türkiyə vasitəsi ilə satır, hər il 10-11 milyon rusiyalı Türkiyədə dincəlir – rusiyalılar hər şeyə dözər, amma Antaliyaya getməsələr inqilab edərlər.

Bir sözlə, coğrafiyamız taleyimizdir – Şimalda qaba, beynəlxalq hüquq çeynəyən qonşumuz var, bərəbərhüquqlu münasibətlər istəsələr, eyvallah, normal münasibətlərdən hamı udar…

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli

Gundelik.az