Kreml Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində görüşünün planlaşdırıldığını dəqiqləşdirməyib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Əliyevlə hər iki prezidentin də iştirak edəcəyi ŞƏT sammiti çərçivəsində görüş keçirməyi planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandırarkən belə deyib: “Hazırda ikitərəfli görüşlərin cədvəlini hazırlayırıq, bu, çinli dostlarımızın təşkil edəcəyi tədbirlərə daxil edilməlidir, bu yekunlaşdıqdan sonra sizə məlumat verəcəyik”.
“Putin hazırda Vladivostokda keçiriləcək Uzaq Şərq İqtisadi Forumuna fəal şəkildə hazırlaşır”, – Peskov prezidentin sentyabrın 5-də forumun plenar iclasında çıxışının planlaşdırıldığını xatırladıb.
“Bundan əvvəl Putin Çinə tamamilə görünməmiş səfər edəcək, hazırda onun üçün hazırlıq gedir”, – o əlavə edib.
Gundelik.az
